Koronavirus İranın 30 vilayətinə yayılıb Dünya

Koronavirus İranın 30 vilayətinə yayılıb

İndiyədək İranın 31 vilayətinin 30-nda yeni koronavirusa (Covid 19) yoluxma halı təsdiqlənib.
Bu, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin hazırladığı infoqrafikada öz əksini tapıb.
İnfoqrafikaya da 2 922 nəfərin yeni virusa yoluxma halı və 92 nəfərin bu virus nəticəsində dünyasını dəyişməsi təsdiqlənib. İndiyədək 552 nəfər sağalıb.
Sıra Vilayət adı Yoluxma halı (nəfər)
1 Tehran 1331
2 Qum 354
3 Gilan 253
4 Mərkəzi 149
5 İsfahan 120
6 Əlborz 112
7 Mazandaran 71
8 Qəzvin 80
9 Şərqi Azərbaycan 75
10 Xuzistan 62
11 Fars 49
12 Rəzəvi Xorasanı 36
13 Gülüstan 33
14 Simnan 38
15 Kirmanşah 22
16 Lorestan 19
17 Kirman 18
18 Sistan və Bəluçestan 14
19 Ərdəbil 12
20 Kürdüstan 12
21 Hörmüzqan 11
22 Həmədan 10
23 Yəzd 7
24 Cənubi Xorasan 6
25 Qərbi Azərbaycan 5
26 İlam 11
27 Kohgiluyə və Buyir-Əhməd 2
28 Zəncan 8
29 Çahar-Mahal və Bəxtiyari 1
30 Şimali Xorasan 1
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi indiyədək sadəcə Buşehr vilayətində yeni koronavirusun aşkarlanmadığını bildirir.