BVF-dən şok: Tarixdə ilk dəfədir iqtisadiyyat bu cür... Dünya

BVF-dən şok: Tarixdə ilk dəfədir iqtisadiyyat bu cür...

Koronavirus pandemiyası 2008-ci il qlobal maliyyə böhranından daha pis iqtisadi böhrana gətirib çıxardı.
Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib.
O bildirib ki, indiyə kimi 90 ölkə fonddan yardım istəyib və BVF 1 trilyon dollarlıq vəsaiti bu yolda istifadə etməyə hazırdır.
Georgiyeva əlavə edib ki, koronavirusa qarşı ən müdafiəsiz ölkələr iqtisadiyyatı inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdir:
“Təcili maliyyə tələbi məsələsində indiyə kimi belə bir halla qarşılaşmamışıq. BVF-nin tarixində heç vaxt dünya iqtisadiyyatının bu şəkildə dayanma nöqtəsinə gəldiyinin şahidi olmadıq”.