İncəsənət məktəblərində çalışan 633 nəfərin əmək müqaviləsinə xitam verilib
SOCAR-ın valyuta və hesablaşma hesablarına ötən il daxil olan vəsaitin həcmi açıqlanıb
Keçən il Azərbaycanda ləğv edilən və fəaliyyəti dayandırılan məktəblərin sayı açıqlanıb
Keçən il 308 səyyar vergi yoxlaması başa çatdırılıb, 656,5 mln. manat əlavə vəsait hesablanıb
15 Aprel 2020 12:02
1 694
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.
M. Zaxarova deyib ki, D. Trampın ÜST-ün maliyyələşdirilməsinin dayandırması qərarı onu göstərir ki, Vaşinqton üçün əsas "günahkarlar"ın tapılması və öz "günahsızlığını" sübut etməkdir.
“Bu ölkənin siyasətçiləri üçün hər zaman kimsə günahkardır. Pandemiyanın günahkarı Çin və ÜST-dür, Klintonun məğlubiyyətinin günahkarı Rusiyadır, Amerika səhiyyəsindəki problemlərinin günahkarı şəxsən Putindir. Əsas odur ki, mifik "sınaq borusu" nu tapıb dünyaya başqalarının günahlarının və öz günahsızlıqlarının sübutu kimi təqdim edin”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.