Səudiyyə Ərəbistanı Yəmənin Mərib vilayətinə dörd hava zərbəsi endirib Dünya

Səudiyyə Ərəbistanı Yəmənin Mərib vilayətinə dörd hava zərbəsi endirib

Səudiyyə Hərbi Hava Qüvvələri Yəmənin şimal-şərqindəki Mərib vilayətinin Əl-Cubah rayonuna dörd hava zərbəsi endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husilərinin nəzarətində olan "Al Masirah" telekanalı çıxış edib.

Ehtimal olunan tələfat barədə məlumat verilmir. Bundan əvvəl husilər Ərəb Respublikasının bir neçə əyalətinə hava hücumlarında Ər-Riyadı günahlandırmışdılar.

Məryəm Quliyeva