Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO
“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”
Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
16 Aprel 2020 19:04
3 220
İsveçrədə COVID-19 virusundan ölənlərin sayı 1000-i keçib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal İctimai Səhiyyə Departamenti məlumat yayıb.
Departamentin məlumatına görə, son sutka ərzində İsveçrədə koronavirusdan 44 ölüm faktı qeydə alınıb ki, bununla da indiyədək koronavirusdan ölənlərin sayı 1017-yə çatıb.
Son 24 saat ərzində ölkədə 396 yeni yoluxma faktı aşkarlanıb. Bununla da İsveçrədə koronavirusa yoluxanların sayı 26 732 nəfərə çatıb.
"Guardian" isə İsveçrə hökumətinin aprelin 27-də etibarən koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi qadağaları yumşaldacağını yazıb. Belə ki, bu tarixdən etibarən ölkədəki bərbərxanalar və masaj salonları öz fəaliyyətini bərpa edəcək Xəstəxanalara digər təcili olmayan əməliyyatların aparılmasına icazə veriləcək.
Hökumət mayın 11-də mağaza və supermarketlərin, həmçinin uşaq bağçalarının açılacağını bildirib. Lakin məktəblər, peşə məktəbləri və universitetlər iyunun 8-də açılacaq.