20 Yanvar 11:51
20 Yanvar 11:24
17 Aprel 2020 12:49
1 568
ABŞ kəşfiyyatı koronavirusun Çinin Uhan şəhərinin laboratoriyasında yayılması versiyasını araşdıracaq.
Bu barədə “Washington Examiner” məlumat yayıb. Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli hərbi kəşfiyyatın bu məsələ ilə məşğul olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu günə qədər sübutlar virusun təbii olaraq ortaya çıxdığını göstərir. “Ancaq biz dəqiq bilmirik”, - deyə general əlavə edib.
Bəzi yüksək vəzifəli şəxslərin Milli ilə razılaşmadığı qeyd olunur. Onların fikrincə, laboratoriya mənşəli virusla təbii virus bir-birindən kəskin şəkildə fərqlənir. Jurnalist Joş Rocin Çin tərəfinin laboratoriyaya aid bütün sübutları gizlətdiyini söyləyib.
Dünyada koronavirusa yoluxan ilk şəxsin Çinin Uhan şəhərindəki Virologiya İnstitutunun laboratoriyasında işlədiyi versiyasını “Fox News” yaymışdı. Bənzər versiya “Daily Mail”də də yer almışdı. Lakin Çin yayılanları təkzib edib.
20 Yanvar 19:05
1 295
20 Yanvar 18:18
1 372
20 Yanvar 18:00
1 260