ABŞ İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıb Gündəm

ABŞ İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən növbəti zərbələr dalğasının başa çatdığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, CENTCOM-un X səhifəsindəki paylaşıma görə, "Mərkəzi Komandanlıq ardıcıl doqquzuncu gecə İrana endirilən zərbələri yekunlaşdırıb".

Komandanlıq iddia edir ki, hücumlar zamanı "komanda mərkəzləri, sahilyanı müşahidə obyektləri, HHM vasitələri, Hərbi Dəniz Qüvvələrinin resursları, həmçinin raket və dronların yerləşdirildiyi məntəqələr" hədəfə alınıb.

Məryəm Quliyeva