ABŞ koronavirusa görə Çinə sanksiya tətbiq edə bilər Dünya

ABŞ koronavirusa görə Çinə sanksiya tətbiq edə bilər

ABŞ Konqresinin üzvü, respublikaçı senator Lindsi Qrem Senata Çinin koronavirusun yayılması ilə bağlı tam hesabat verməyəcəyi və əməkdaşlıq etməyəcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini tədqim edib. Bu barədə ABŞ qanunvericisinin mətbuat xidməti bildirib.
"Mən əminəm ki, əgər Çin Kommunist Partiyasının yalanı olmasaydı, burada - ABŞ-da virus olmazdı", - Qrem bildirib. "Çin beynəlxalq ictimaiyyəti araşdırma aparmaq üçün Uhandakı laboratoriyaya buraxmaqdan imtina edir.
Onlar mütəxəssislərə pandemiyanın necə başlandığını öyrənməyə icazə verməkdən imtina edirlər. Əminəm ki, hələ onu bunu etməyə məcbur etməsələr, Çin heç vaxt ciddi araşdırmanın aparılması üçün əməkdaşlıq etməyəcək. Çin əməkdaşlıq etməyincə, bu sərt qanun layihəsi ilə ona qarşı sanksiyaları tətbiq ediləcək", - senator əlavə edib.
Qanun layihəsinə əsasən, Vaşinqton administrasiyasının başçısı 60 gün ərzində Çinin Birləşmiş Ştatlar, onun müttəfiqləri ilə və ya BMT strukturları ilə aparılan istənilən hesabatı Konqres qarşısında təsdiq etməli olacaq. Bundan başqa, təşəbbüsün müəllifi Çin hakimiyyətinin virusların heyvanlardan insana ötürülməsi potensialı ola bilən bütün dəniz məhsulları bazarlarını bağlamağı və pandemiyanın başlanğıcından dövlət əleyhinə etiraz aksiyaları zamanı Honkonqda saxlanılmış fəalları azad etməyi tələb edir.