ETN: Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb
Fidan: NATO sammitində Avropa üçün aktual və potensial təhdidlər müzakirə olunacaq
Əraqçi: Əgər Təl-Əviv sahibinə itaət etməsə, İran onlara dərs verəcək
Suraxanı rayonunda Dövlət Agentliyinin dəstəklədiyi layihə icra olunub
Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
14:34
700
2026-cı ilin yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayında qeyd edilib.
Məlumata görə, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (121,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (113.8 milyon ABŞ dolları) ikinci, pambıq (88,8 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin may ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.