7 Sentyabr 16:15
7 Sentyabr 14:52
1 İyul 10:47
2 149
Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı öz işinə başlayıb.
"APA-Economics" xəbər verir ki, iki gün davam edəcək tədbirdə Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.
Toplantı çərçivəsində "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda Biznes Forumu da keçiriləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, QDTİB-nin ölkədə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə ediləcək. Tədbir çərçivəsində plenar sessiyalar, təqdimatlar və B2B görüşlər də təşkil olunacaq.
7 Sentyabr 15:00
924
7 Sentyabr 14:08
910
7 Sentyabr 11:24
959