11:53
686
İsrail Müdafiə Nazirliyi nəzdində Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Milli Büro (NBCTF) kəşfiyyat qurumları ilə birgə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regiondakı proksilərinə (vəkil qüvvələrinə), o cümlədən "Hizbullah" təşkilatına vəsait köçürmək üçün istifadə etdiyi kriptovalyuta əsaslı maliyyələşdirmə infrastrukturunu ifşa edib.
Xalqcebhesi.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, Müdafiə naziri İsrael Kats bu gün ümumi dəyəri 8 milyon dollardan çox kriptovalyuta aşkar edilmiş 37 rəqəmsal pul kisəsinə qarşı sanksiyaların tətbiq olunması barədə fərmanlar imzalayıb.
Müdafiə Nazirliyindən qeyd ediblər ki, bu addım İsrailin SEPAH-ın və onun "Hizbullah", HƏMAS və husilər də daxil olmaqla proksi qüvvələrinin maliyyələşdirmə infrastrukturuna qarşı apardığı iqtisadi müharibənin tərkib hissəsidir.
Məryəm Quliyeva