7 Sentyabr 16:15
7 Sentyabr 14:52
1 İyul 09:03
1 925
Son 24 saatda kriptovalyuta bazarında əsas aktivlərdə eniş davam edib.
"APA-Economics" xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,39% azalaraq 2,05 trilyon dollara düşüb.
Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,43% ucuzlaşaraq 59 145,55 dollara enib.
Ethereum isə əks istiqamətdə hərəkət edərək 0,54% bahalaşıb və 1 591,59 dollardan ticarət olunub.
BNB-nin qiyməti sutka ərzində 0,38% azalaraq 550,33 dollara düşüb.
Digər iri kriptovalyutalardan Monero 0,16%, Bittensor isə 1,22% dəyər itirib. Bitcoin Cash isə 3,71% bahalaşaraq günün ən güclü artım nümayiş etdirən aktivlərindən biri olub.
Bazar iştirakçılarının əhval-ruhiyyəsini əks etdirən Fear & Greed Index 17 bənd səviyyəsində qalaraq investorlar arasında "ekstremal qorxu"nun davam etdiyini göstərir.
Analitiklərin fikrincə, bazardakı qarışıq dinamika investorların riskli aktivlərə ehtiyatlı yanaşması və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin davam etməsi ilə bağlıdır.
7 Sentyabr 15:00
924
7 Sentyabr 14:08
910
7 Sentyabr 11:24
959