ETN: Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb
Fidan: NATO sammitində Avropa üçün aktual və potensial təhdidlər müzakirə olunacaq
Əraqçi: Əgər Təl-Əviv sahibinə itaət etməsə, İran onlara dərs verəcək
Suraxanı rayonunda Dövlət Agentliyinin dəstəklədiyi layihə icra olunub
Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
14:30
644
Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Müstəqillik Günü ərəfəsində 32 nəfəri əfv edib ki, onlardan 28-i ekstremist yönümlü cinayətlərə görə məhkum olunmuş şəxslərdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan "Pul pervogo" Telegram kanalı məlumat yayıb.
Dövlət başçısı tərəfindən 20 qadın və 12 kişi əfv olunub. Telegram kanalının paylaşımında qeyd edilir ki, qərar "məhkumlara və onların ailələrinə qarşı humanistlik prinsipi əsasında" qəbul edilib.
Məlumata görə, onların hamısı günahlarını etiraf edərək və peşman olaraq əfv olunma haqqında vəsatət qaldırıblar.
Məryəm Quliyeva