12:03
637.jpg)
Oman ABŞ və digər Qərb ölkələrinə gəmilərin Hörmüz boğazından keçməsinə görə ödəniş tətbiq edilməsi barədə rəsmi təklif təqdim edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təklif gəmiçilik şirkətlərindən boğazın istifadəsinə görə xidmət haqlarının tutulmasını nəzərdə tutur. "The New York Times" qeyd edir ki, Vaşinqtonun açıq etirazlarına baxmayaraq, İran və Oman bu planı irəli sürməyə davam edirlər.
Qəzetin yazdığına görə, amerikalı danışıqçılar artıq sənədi qəbul ediblər və öz narahatlıqlarını Məsqət (Omanın paytaxtı) ilə müzakirə etmək niyyətindədirlər.
Məryəm Quliyeva