11:33
644
2027-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrlik Bolqarıstana keçir.
"APA-Economics" xəbər verir ki, bu barədə Bankın Bakıda keçirilən Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında məlumat verilib.
Qeyd edək ki, iyulun 1-də Azərbaycanın sədrliyi ilə keçirilən toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyətinin nəticələri qiymətləndirilib, maliyyə hesabatları təsdiq olunub, həmçinin 2026-cı il üzrə büdcə müzakirə edilib.
Toplantı iyulun 2-də "Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda" mövzusunda Biznes Forumla davam edəcək.