7 Sentyabr 16:15
7 Sentyabr 14:52
1 İyul 11:47
2 569
Qara Dəniz Ticarət və İnkişaf Bankını (QDTİB) Azərbaycanda günəş elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır.
"APA-Economics" xəbər verir ki, bunu Bankın prezidenti Serhat Köksal Bakıda keçirilən QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Gələcəkdə energetika sahəsində günəş elektrik stansiyalarına investisiyaların maliyyələşdirilməsini həyata keçirəcəyik. Hazırda bununla bağlı təfərrüatları açıqlaya bilmərik, lakin danışıqlar davam edir", – deyə S.Köksal bildirib.
Onun sözlərinə görə, QDTİB təkcə energetika deyil, logistika, turizm və təhsil sahələrində də Azərbaycanda həyata keçiriləcək layihələr üçün maliyyə cəlb edəcək.
7 Sentyabr 15:00
924
7 Sentyabr 14:08
910
7 Sentyabr 11:24
959