İran: Hörmüz boğazında razılaşdırılmamış marşrutla gedən xarici gəmi saya oturub Gündəm

İran: Hörmüz boğazında razılaşdırılmamış marşrutla gedən xarici gəmi saya oturub

Xarici konteyner gəmisi Hörmüz boğazında saya oturub və İranla razılaşdırılmamış marşrutla hərəkət etdiyi üçün yoluna davam edə bilməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın dövlət teleradioşirkəti məlumat yayıb.

Yayımçı xatırladıb ki, gəmilər Hörmüz boğazından keçərək yalnız İranın Larak adasından cənubda yerləşən marşrutlardan istifadə edə bilərlər, həmçinin öz hərəkətlərini İran Silahlı Qüvvələri ilə razılaşdırmalıdırlar.

Məryəm Quliyeva