Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
14:11
651
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə əsir mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.
Xalqcebhesi.az -ın xəbərinə görə, Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, bu mövzu, həmçinin BQXK rəhbərinin Müdafiə Nazirliyində, insan hüquqları və uşaq hüquqları üzrə müvəkkillərlə keçirəcəyi görüşlərdə də toxunulacaq.
"BQXK ilə humanitar məsələlər, o cümlədən əsirlərin vəziyyəti və əsir mübadiləsi üzrə qarşılıqlı fəaliyyətimizin konkret aspektləri təkcə bu gün burada deyil, həm də sizin Rusiya Müdafiə Nazirliyində, Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova və uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova ilə görüşləriniz zamanı müzakirə olunacaq", — deyə Rusiya XİN rəhbəri Spolyariçə müraciətində bildirib.
Məryəm Quliyeva