İtaliyada koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir Dünya

İtaliyada koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir

İtaliyada son sutkada 119 yeni ölüm hadisəsini qeydə alınıb ki, bu da ötən gündən (130 nəfər) azdır.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Mülki Müdafiə Agentliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, yoluxanların sayı isə cümə günü (652 nəfər) ilə müqayisədə çoxalaraq 669 nəfərə çatıb.