10:09
560
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 24-də Zəngilan rayonunda Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.
ƏƏSMN-dən verilən məlumata görə, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 14 - 16 iyul tarixlərində Nazirliyə rəsmi şəkildə ( [email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.