Pekində gündə 1 milyon insan test edilir Dünya

Pekində gündə 1 milyon insan test edilir

Çin rəsmisinin bazar günü bildirdiyinə görə, ölkədə yeni yoluxmaların qarşısını almaq məqsədilə testlərin davam etdiyi vaxt paytaxt Pekində hər gün 1 milyona yaxın insana koronavirus testi edilir. 20 milyon əhalisi olan Pekində bazarda iki həftə bundan əvvəl yeni yoluxma hallarından sonra testlərin keçirilməsi genişlənidirilib. Son aylarda ilk yoluxma halları fevralın əvvəlində şəhərdə qeydə alınmış yoluxmaların sayından çoxdur.
Testlər əvvəlcə Şinfadi bazarında işləyənlər və alıcılar, eləcə də yaxınlıqda yaşayan sakinlər arasında keçirilib. Lakin sonradan şəhərin digər yerlərində yaşayan sakinlər, ərzaq və bağlama çatdırılması sahələrinin işçilərini də əhatə edib.
Pekinin Səhiyyə Komissiyasının sözçüsü Qao Şiaocunun bildirdiyinə görə, epidemiya yenidən yayılmağa başlayandan 124 müəssisədə gündə 230 mindən çox test keçirilir.
O, testlərin bir test borusunda bir neçə insandan götürülmüş nümunələr üzərində keçirildiyini, bunun isə gündə 1 milyona yaxın insanın test nəticələrinin əldə olunmasına imkan verdiyini əlavə edib. Eyni testlər keçən ay yeni yoluxma halları qeyd edildiyi zaman epidemiyanın ikinci dalğası ilə bağlı narahatlıqların artdığı vaxt Uhanda da keçirilib. Qao laboratoriyalarda gündəlik testrlərin keçirilməsi üçün işçilərin sayını artımaq məqsədilə Hubey və Liaoninq də daxil olmaqla, bir neçə vilayətdən Pekinə 200 nəfər mütəxəssisin göndərildiyini deyib.