Ukrayna Rusiyanın "kölgə donanması"na aid gəmilərin vurulduğunu bildirib Gündəm

Ukrayna Rusiyanın "kölgə donanması"na aid gəmilərin vurulduğunu bildirib

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) bölmə komandiri Robert "Madyar" Brovdi Ukrayna qüvvələrinin Rusiyanın "kölgə donanması"na daxil olduğunu iddia etdiyi 7 gəmini vurduğunu bildirib. Hədəflər arasında 3 neft tankeri və 4 yük gəmisi olub.

Xalqcebhesi.az xəbər verir ki, əməliyyatlar Qara dəniz və Azov dənizi akvatoriyalarında həyata keçirilib.

O, həmçinin bildirib ki, "MoLoÇKa" əməliyyatı çərçivəsində iyulun 6-dan 20-dək Rusiyanın "kölgə donanması" ilə əlaqəli 183 gəmiyə zərbə endirilib.

Məryəm Quliyeva