ABŞ İranın mərkəzindəki sənaye obyektinə zərbə endirib Dünya

ABŞ İranın mərkəzindəki sənaye obyektinə zərbə endirib

İranın mərkəzi vilayətindəki Xomeyn yaşayış məntəqəsinin şəhərətrafı ərazisində yerləşən sənaye obyekti ABŞ-nin aviazərbələrinə məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini məlumat verib.

"Hücum təxminən saat 19:00-da (Bakı vaxtı ilə 19:30-da) baş verib. Tələfat yoxdur, dəymiş ehtimal olunan ziyan dəqiqləşdirilir", — deyə "Mehr" agentliyi onun sözlərini təqdim edir.

Məryəm Quliyeva