UEFA Avropa Liqası: “Qarabağ”ın növbəti mərhələdə potensial rəqibləri bəlli oldu İdman

UEFA Avropa Liqası: “Qarabağ”ın növbəti mərhələdə potensial rəqibləri bəlli oldu

“Qarabağ” komandasının UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqust tarixlərində keçiriləcək.