SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini bildirib Gündəm

SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin xüsusi bölməsi) ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi infrastruktur obyektlərinə bir sıra zərbələr endirdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, SEPAH-ın bəyanatında hücumun PUA və raketlərin köməyi ilə üç mərhələdə həyata keçirildiyi bildirilir. "Birinci mərhələdə Bəhreynin "Əs-Sahir" hava limanında yerləşdirilmiş Amerika bölmələrinin pilotsuz uçuş aparatlarının saxlanılması və texniki xidmət anqarlarına, ikinci mərhələdə Bəhreynin "Salman" limanında "TF59" əməliyyat qrupunun katerlərinin hazırlanması anqarlarına, üçüncü mərhələ çərçivəsində isə Küveytdəki 'Arifcan' bazasında dəniz xüsusi təyinatlı bölmələrinin yerləşdirilməsi, təminatı və təchizatı üçün istifadə olunan anqarlara hücum təşkil edilib", — deyə "Tasnim" agentliyi bəyanatdan parçanı təqdim edir.

Məryəm Quliyeva