İran Bəhreynin aeronaviqasiya sisteminə zərbə endirib Dünya

İran Bəhreynin aeronaviqasiya sisteminə zərbə endirib

İran pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə Bəhreynin aeronaviqasiya sisteminə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, krallığın Mülki Aviasiya İdarəsinin verdiyi məlumata görə, hücum sistemin işinə təsir göstərməyib.

BNA agentliyinin istinad etdiyi bəyanata əsasən, "aidiyyəti qurumlar insidentə dərhal reaksiya verib, aeronaviqasiya sisteminin fasiləsiz fəaliyyətini və hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görüblər".

Məryəm Quliyeva