20 İyul 20:19
1 183
Tehran və Vaşinqton arasında eskalasiya səviyyəsinin azaldılması üzrə yeni təşəbbüs və ehtimal olunan razılaşmalar hər iki tərəfin təcavüzkar hərəkətlərdən imtina etməsini nəzərdə tutur.
Xalqcebhesi.az xəbər verir k, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, "ABŞ və İran arasında yeni razılaşma təklifi təcavüzkar və düşmənçilik hərəkətlərinin dayandırılmasını əhatə edir". Həmin mənbələr ehtimal olunan yeni razılaşmalara tərəflər arasında daha əvvəl imzalanmış "anlaşma memorandumunun bəndlərinin icrasının" da daxil olacağını göstəriblər.
Məryəm Quliyeva