Azərbaycanın qara metal ixracından gəliri 30%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanın qara metal ixracından gəliri 30%-ə yaxın artıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 59 milyon 338.01 min ABŞ dolları dəyərində 54 min 546.20 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 834.90 min ABŞ dolları (30.4%) çox, miqdar baxımından isə 11 min 562.71 ton (26.9%) azdır.

Yanvar-iyun aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0.36%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1.07%-ni təşkil edib.