"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq İdman

"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz”un növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv yay təlim-məşq toplanışı çərçivəsində Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşacaq. Yoxlama matçı iyulun 27-də keçiriləcək.

Qeyd edək ki, “Turan Tovuz” Türkiyə toplanışındakı ilk yoxlama görüşündə İranın U-21 millisi ilə üz-üzə gəlib. İyulun 17-də keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.