Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
16 Sentyabr 2020 15:37
2 569
Karib dənizində yerləşən və Millətlər Birliyinə daxil olan Barbados dövlət başçısı qismində Böyük Britaniya kraliçasından imtina etmək və respublikaya çevrilmək niyyətindədir.
Bu barədə ada dövlətin general qubernatoru Sandra Meysonun müraciətində deyilir.
Qeyd olunur ki, bu prosesin Barbadosun müstəqilliyinin 55 illiyi münasibətilə, 2021-ci ilin noyabrınadək başa çatdırılması planlaşdırılır.
Müraciətdə Barbadosun müstəmləkə keçmişini geridə qoymaq istədiyi vurğulanıb.
Qeyd edək ki, Millətlər Birliyinə müxtəlif statuslu 54 ölkə daxildir. Böyük Britaniya da daxil olmaqla 16 ölkədə kraliça II Yelizaveta dövlət başçısı hesab olunur.