Ermənistan Rusiyadan asılıdır Dünya

Ermənistan Rusiyadan asılıdır

Artur Sakunts: "Siyasi cavabdehliyi ilk növbədə Ermənistan hakimiyyəti daşıyır"

Ermənistanın hüquq müdafiəçisi Artur Sakunts ölkəsinin mətbuatına verdiyi açıqlamasında deyib ki, Premyakovun Rusiya tərəfinə verilməsi çox böyük səhv idi və bu səhvin bir ucu da Ermənistan hakimiyyətinin üzərinə gedib çıxır. Hüquq müdafiəçisi bildirib ki, onun ölkəsinin rəhbərliyi məhz Rusiyadan asılı vəziyyətdədir: "Beləliklə, hüquq mühafizə orqanları Premyakovun işi üzrə obyektiv informasiya almaqdan məhrum olublar".
Artur Sakuntsun fikrincə, Gümrü hadisəsində siyasi cavabdehliyi ilk növbədə Ermənistan hakimiyyəti daşıyır: "Ölkə hakimiyyəti tamamilə fəaliyyətsiz vəziyyətdədir. Baş prokuror Gevork Kostanyan isə hələ də qələm və kağız tapa bilməməklə, Rusiya tərəfinə Premyakovun Ermənistanın müvafiq orqanlarına verilməsi ətrafında tələb məktubu yazmır. Bu ona görə baş verir ki, bunu Kostanyan deyil, məhz prezident Serj Sarkisyan istəmir. Sarkisyan ona görə bunu istəmir ki, o yalnız öz təhlükəsizliyi barədə düşünür".
Hüquq müdafiəçisi daha sonra bildirib ki, əslində, Sarkisyanın bu cür davranışı özünün hakimiyyətdə qalmaq perspektivinə təhlükə yaradır: "Xüsusilə, Kremlin və Rusiya prezidenti Vladimir Putinin Sarkisyana olan etibarı da yox olacaq. Aydın görünür ki, ölkədə hakimiyyətin devrilməsi istiqamətində maraqlı bir model yaranır. Yəni Sarkisyan hakimiyyətini erməni xalqı deyil, məhz Kreml devirəcək".
"Premyakovun Rusiya tərəfinə verilməsi çox böyük səhv idi və bu səhvin bir ucu da Ermənistan hakimiyyətinin üzərinə gedib çıxır". SİA xəbər verir ki, bu barədə Ermənistanın hüquq müdafiəçisi Artur Sakunts ölkəsinin mətbuatına verdiyi açıqlamasında deyib. Hüquq müdafiəçisi bildirib ki, onun ölkəsinin rəhbərliyi məhz Rusiyadan asılı vəziyyətdədir: "Beləliklə, hüquq mühafizə orqanları Premyakovun işi üzrə obyektiv informasiya almaqdan məhrum olublar".
Artur Sakuntsun fikrincə, Gümrü hadisəsində siyasi cavabdehliyi ilk növbədə Ermənistan hakimiyyəti daşıyır: "Ölkə hakimiyyəti tamamilə fəaliyyətsiz vəziyyətdədir. Baş prokuror Gevork Kostanyan isə hələ də qələm və kağız tapa bilməməklə, Rusiya tərəfinə Premyakovun Ermənistanın müvafiq orqanlarına verilməsi ətrafında tələb məktubu yazmır. Bu ona görə baş verir ki, bunu Kostanyan deyil, məhz prezident Serj Sarkisyan istəmir. Sarkisyan ona görə bunu istəmir ki, o yalnız öz təhlükəsizliyi barədə düşünür".
Hüquq müdafiəçisi daha sonra bildirib ki, əslində, Sarkisyanın bu cür davranışı özünün hakimiyyətdə qalmaq perspektivinə təhlükə yaradır: "Xüsusilə, Kremlin və Rusiya prezidenti Vladimir Putinin Sarkisyana olan etibarı da yox olacaq. Beləliklə, yuxarıda qeyd edilən fikirlərdən də aydın görünür ki, ölkədə hakimiyyətin devrilməsi istiqamətində maraqlı bir model yaranır. Yəni Sarkisyan hakimiyyətini erməni xalqı deyil, məhz Kreml devirəcək".