8 Sentyabr 19:09
8 Sentyabr 15:01
14 Aprel 2022 11:09
3 451
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu "Məktəbəqədər təhsil" haqqında qanun çərçivəsində tənzimlənir.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
O bildirib ki, hər il tədris ilinin əvvəlindən valideynlər qeydiyyatdan keçə bilərlər:
"Qəbul kütləvi olaraq tədris ilinin əvvəlində aparılsa da, qanuna görə bağçalarda boş yer varsa, valideynlər istənilən vaxt qeydiyyatdan keçib həmin müəssisələrə uşaqlarını yazdıra bilərlər".