Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İnformasiya müharibəsi və milli təhlükəsizlik

İnformasiya müharibəsi və milli təhlükəsizlik Hadisə

İnformasiya müharibəsi və milli təhlükəsizlik

Müasir dünyada elmi-texniki inkişafa uyğun olaraq, müharibələrin metod və silahları da dəyişməkdədir

İnformasiya axınının dünyanın hər yerində sürətləndiyi bir vaxtda hətta informasiyanı daha çox yaradan ölkələr belə yaratdıqlarının "əsirinə" çevrilirlər. Bu, artıq dünyanı saran ciddi bir təhlükədir. İnsanlar hər an informasiyaların
təsirində, hətta təhdidindədirlər. İnformasiya insanların əhvalına sürətlə təsir edir, onları yönləndirir...
İnformasiya texnologiyaları üzrə mütəxəssis İradə Ələkbərova problemin aktuallığına diqqət çəkir: "İnformasiya texnologiyasının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir. Bu səbəbdən son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbdə "informasiya əməliyyatı" və "informasiya müharibəsi" terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara tez reaksiya verilməsi, real vaxt çərçivəsində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaq. Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider ölkə olmaq ideyasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompyuter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücümu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olub".
İnformasiya müharibəsi və onun tətbiqi texnologiyalarının kökü qədim dövrlərə təsadüf edir. Araşdırmaçı bildirir ki, insanlar yaşadıqca informasiya təcavüzü bu və ya digər formada hər zaman olub. Belə ki, insanların informasiyasız yaşamaları mümkün deyil: "Fiziki müharibə etmədən informasiya müharibəsi aparmaq olur, ancaq informasiya müharibəsi olmadan fiziki müharibə aparılmır. Başqa sözlə, fiziki müharibə aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi informasiya müharibəsinin aparılması zəruridir. Ən qədim tarixi və dini kitablarda belə hadisələr insanlar arasında informasiya müharibəsi üzərində qurulub. Məsələn, Çingiz xanın yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr (Makedoniyalı İsgəndər, Əmir Teymur və s.) tərəfindən də istifadə edilib".
Hətta II dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayır və bu üsuldan məharətlə istifadə edirdilər: "O zamankı informasiya əməliyyatlarının indiki əməliyyatlardan yeganə fərqi o idi ki, onlara hərbi əməliyyatlar kimi baxılmırdı. Çünki həmin dövrlərdə informasiyanın ötürülməsində texniki vasitələrdən istifadə edilmirdi".
Bu gün informasiya müharibəsi problemlərinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdiyi bir çox ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırıldığını bildirən İ.Ələkbərovanın fikrincə, bu ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir: "Müasir informasiya müharibəsi texnologiyalarının yaranmasının, inkişafı və geniş tətbiqinin müxtəlif izahları var: hesablama texnikası və kommunikasiya vasitələrinın sürətli inkişafı, şəbəkə texnologiyasının təkmilləşdirilməsi cəmiyyətdə əsas resurs kimi informasiyanın rolunun artmasına səbəb oldu, effektivliyinə görə informasiya maddi resurslardan daha yuxarıda dayandı. Elmi-texniki naliyyətlər hərbi sahədə istifadə edilən ənənəvi silahlarla yanaşı bir sıra informasiya-kommunakasiya texnologiyaları vasitələrinin kütləvi istehsalına şərait yaratdı; insanların beyinlərinin və davranışlarının öyrənilməsində əldə edilən naliyyətlər insanlara müxtəlif istiqamətlərdə psixofizioloji təsirlərin yollarını və vasitələrini daha yaxşı başa düşməyə imkan verdi".
Mütəxəssisin fikrincə, informasiya müharibəsi probleminin obyektiv və tam təhlilini aparmaq üçün qabaqcıl ölkələrin təcrübəsi, xarici mütəxəssislərin, alimlərin, praktiklərin fikirlərinin öyrənilməsi və müqayisəsi tələb olunur: "ABŞ-da informasiya müharibəsi problemi digər ölkələrlə müqayisədə daha geniş araşdırılıb və öyrənilib. Bunu ABŞ administrasiyasının, ABŞ-ın Müdafiə Nazirliyinin, Konqresin rəsmi sənədlərində, rəsmi şəxslərin açıq bəyanatlarında, irformasiya müharibəsi problemləri ilə məşğul olan təşkilatların hesabatlarında görmək mümkündür.
Maraqlıdır, "İnformasiya müharibəsi" termininin mənşəyi haradan qaynaqlanır? İlk dəfə "İnformasiya müharibəsi" terminini 1976-cı ildə amerikalı mütəxəssis Tomas Rona (Thomas Rona) "Boeing" kompaniyası üçün hazırladığı "Silah sistemləri və informasiya müharibəsi" adlandırdığı hesabatında istifadə edib. Rona hesabatında sübut etmişdi ki, son illərdə informasiya infrastrukturu ABŞ iqtisadiyyatının əsas komponentinə çevrilib. "İnformasiya müharibəsi" termini rəsmi olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən 1992-ci ildə istifadə edilib. ABŞ-ın Müdafiə Nazirliyinin informasiya müharibəsi haqqında sənədlərində bildirilir ki, informasiya həm silah, həm də məqsəddir: "İnformasiya hücumu isə icazə olmadan istənilən formada informasiyanın köçürülməsi, dəyişdirilməsi və məhvinə, habelə proqram təminatlarına, məxfi informasiyanın saxlandığı texniki qurğulara və insan psixologiyasına yönəlmiş əməliyyatdır. ABŞ-da informasiya müharibəsini təsvir etmək üçün çox zaman onu informasiya əməliyyatı ilə müqayisə edirlər. İnformasiya əməliyyatı - məqsədə çatmaq üçün qarşı tərəfin informasiya fəzasına təsir etmək və bu zaman öz informasiya resurslarını qorumaq məqsədi ilə xüsusi metodlardan və vasitələrdən (siyasi, iqtisadi, texniki, hərbi və s.) istifadə etməklə həyata keçirilən mübarizə formasıdır. Rusiyanın mütəxəssisləri bu mübarizə formasını informasiya qarşıdurması kimi təsvir edirlər. İnformasiya qarşıdurması - tərəflərin elə mübarizə formasıdır ki,
bu mübarizədə tərəflər xüsusi metodlardan, informasiya resurslarına təsir üsullarından və vasitələrindən istifadə etməklə qarşı tərəfin informasiya resurslarına birbaşa təsir göstərə bilsin. Amerika tədqiqatçılarının fikrinə görə, informasiya əməliyyatı vasitələrilə realizə olunan informasiya qarşıdurması hərbi qüvvələrin, elmi mərkəzlərin, müxtəlif siyasi təşkilatların hazırlığında və fəaliyyətində informasiya müharibəsi texnologiyalarından geniş istifadəni nəzərdə tutur. İnformasiya qarşıdurmasında əsas məqsəd qarşı tərəfin informasiya da daxil olmaqla, bütün növ resurslarına təsir göstərməkdir. İnformasiya qarşıdurmasının effektivliyinin əsas meyarı kimi qarşı tərəfə məxsus şəbəkə və kommunikasiya texnologiyalarına, nəhayət, kompüterlərə icazəsiz müdaxilələr nəzədə tutulur. Digər tərəfdən, informasiya qarşıdurmasında demoqrafiya, təbliğat, "beyinlərin yuyulması", ictimai rəyin və şüurun manipulyasiyası və s. üsullardan geniş istifadə edilir. Qeyd etmək lazımdır ki, irformasiya müharibəsi prosesində kompüter şəbəkəsinə daxil olmaqla, həmçinin internet vasitəsi ilə qarşı tərəfin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür. Bu məqsədlə internetdə veb-briqadalar və hakerlər fasiləsiz işləyirlər. Onlar xüsusi təşkil edilmiş, fəaliyyətləri müəyyən hədəflərə yönəldilmiş peşəkarlardır. İnformasiya müharibəsi - təsiredici tərəfin öz məqsədinə çatmaq üçün informasiya təsirinin müxtəlif üsul və vasitələrindən istifadə etməklə insanların psixologiyasına, ilk növbədə onların fərdi və ictimai şüuruna, həmçinin fəaliyyət göstərən texniki vasitələrə qarşı həyata keçirdiyi geniş miqyaslı informasiya əməliyyatıdır. İnformasiya hücumları dedikdə informasiya massivlərinin məhvi, təhrif edilməsi və ya oğurlanması; mühafizə sisteminin dəf edilməsi; hüquqi istifadəçilərin müraciətlərinə məhdudiyyətlərin qoyulması; kompyüter sistemlərinin, texniki vasitələrin işlərinin pozulması ilə nəticələnən əməliyyatlar nəzərdə tutulur".
Mütəxəssislər bildirirlər ki, elmi-texniki inkişafa uyğun olaraq, müharibələrin metod və silahları da dəyişməkdədir. Gələcəkdə dövlətə əsas təhlükə müxtəlif ölkələrin nizami ordusu tərəfindən deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar tərəfindən gözlənilir.
Araşdırmaçı daha sonra bildirir ki, son dövrdə müxtəlif cinayətkar qruplar informasiya hücumunda elm və texnikanın ən yeni nailiyyətlərindən fəal istifadə etməkdədirlər: "İnformasiya müharibəsində həmçinin informasiya-kommunikasiya sistemlərinin normal iş fəaliyyətinin pozulması, psixoloji-ideoloji informasiyanın yayılması, informasiya blokadası, şayiələrin yayılması və s. informasiya əməliyyatlarından geniş istifadə edilir. Son illərin lokal müharibələri və silahlı münaqişələri hərbi mütəxəssisləri informasiya vasitələrinin hərbi sistem və komplekslərə effektiv təsrlərinin qlobal analizini aparmağa məcbur edib. İnformasiya müharibəsinə qarşı tərəfin dövlət və hərbi potensialından istifadə etməklə öz potensialını qorumaq və inkişaf etdirmək məqsədi ilə informasiya potensialı sahəsində münaqişə aparan tərəflərin rəqabəti və təşkil olunmuş fəaliyyətidir. İnformasiya müharibəsi bilik uğrunda müharibədir - "nə, nə zaman, harada, nə üçün və nə dərəcədə" suallarına cavab tapmaq uğrunda müharibədir".

Uğur