Avropa Rusiya qazından imtina etməyə hazırlaşır Hadisə

Avropa Rusiya qazından imtina etməyə hazırlaşır

Böyük Britaniya parlamentinin deputatı: "Azərbaycan çox güman ki, bütün Orta Asiya qazının tranzit mərkəzinə çevriləcək"

"Avropa enerji təchizatını diversifikasiya etməlidir və Rusiyadan enerji asılılığını azaltmalıdır". APA-nın məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin deputatı, energetika və iqlim dəyişikliyi komitəsinin üzvü Kristofer Pinçerin məqaləsində deyilir.
Deputat hesab edir ki, Ukraynada baş verənlər üzündən bu zərurəti Britaniya da inkar edə bilməz. Onun fikrincə, diversifikasiya prosesində Azərbaycandan qaz tədarükü vacib rol oynayacaq.
"Dünyada ikinci olan Azərbaycanın "Şahdəniz" qaz yatağını nəzərə alsaq, qaz təchizatında hər hansı çatışmazlıq yoxdur", - deyə o vurğulayıb.
Pinçer qeyd edib ki, Xəzər dənizindən, hətta Şimali İraqdakı kürd muxtariyyatından təbii qaz Azərbaycan vasitəsi ilə Qərbə nəql oluna bilər: "Hasilatla yanaşı Azərbaycan çox güman ki, bütün Orta Asiya qazının tranzit mərkəzinə çevriləcək".