11:50
329
ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, prezident Donald Trampın administrasiyası vəziyyətin inkişafından asılı olaraq İrana qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin mərhələli şəkildə ləğvini nəzərdən keçirə bilər.
Xalqcebhesi.az "Bloomberg"ə istinadən xəbər verir ki, o, bu barədə Reyqan Milli İqtisadi Forumunda jurnalistlərə açıqlamasında bildirib.
Maliyyə və iqtisadi məhdudiyyətlərin qüvvədə saxlanılması ilə bağlı suala cavab verən Bessent qeyd edib:
"Baxarıq. İstənilən sanksiyalar mərhələli şəkildə ləğv olunacaq", — deyə o bildirib.
Onun sözlərinə görə, mümkün saziş əldə olunacağı təqdirdə, sanksiyaların ləğvi addım-addım həyata keçiriləcək və İran tərəfinin şərtləri yerinə yetirməsindən asılı olacaq.
Nazir həmçinin vurğulayıb ki, yaxın vaxtlarda razılıq əldə olunmasa, ABŞ sanksiya təzyiqini daha da gücləndirə bilər.
"Dünən biz əlavə sanksiyalar tətbiq etdik. Aviaşirkətlər — bizim hədəfimizdə olan digər maliyyə subyektləri də var. Ehtiyac yaranarsa, biz daha çox addım ata bilərik. Eyni zamanda, İran xalqına kömək etmək üçün ləğv edə biləcəyimiz bəzi tədbirlər də mövcuddur", — deyə nazir əlavə edib.
Məryəm Quliyeva