Təmas xəttində erməni zabiti minaya düşüb Hadisə

Təmas xəttində erməni zabiti minaya düşüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində erməni zabiti ölüb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə qoşunların təmas xəttinin cənub istiqamətində baş verib.
Məlumata görə, partlayış baş verən zaman 1987-ci il təvəllüdlü baş leytenant Arutyun Safaryan postda olub.
Ümumiyyətlə isə Azərbaycanın işğal altındakı ərazilərində son iki həftə ərzində 4 erməni hərbçi ölüb. Ermənistan mətbuatının məlumatına görə, erməni hərbçilərdən biri mina partlayışı, qalanları isə atəşkəsin pozulması nəticəsində öldürülüb.
Belə ki, martın 19-da Qarabağda yerləşən hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Arman Qukasyan, martın 24-də 22 yaşlı Qarnik Torosyan, martın 27-də isə 19 yaşlı Araik Babayan Azərbaycan hərbçilərinin sərrast atəşi ilə məhv edilib.