20:35
378
İran hakimiyyəti vasitəçilər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması şərtlərini təqdim edib. Bu şərtlərə Livan və Qəzza zolağında müharibələrin dayandırılması və İranın dondurulmuş aktivlərinin azad edilməsi daxildir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Möhsün Rizai bəyan edib.
"ABŞ öz davranışını dəyişməyincə və İranın şərtlərini qəbul etməyincə boğaz açılmayacaq. ABŞ müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini ödəməlidir. Ümumilikdə regionda, o cümlədən Livan və Qəzzada müharibə dayandırılmalı, həmçinin vasitəçilər vasitəsilə ötürülən digər şərtlər qəbul edilməlidir", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirir.
Rizai vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı üzrə əldə olunmuş razılaşma boğazın açılması məsələsinə heç bir təsir göstərməyəcək.
Məryəm Quliyeva