Bakıda polis su basan yolda hərəkətin tənzimlənməsinə cəlb edildi - DİN - VİDEO Hadisə

Bakıda polis su basan yolda hərəkətin tənzimlənməsinə cəlb edildi - DİN - VİDEO

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Trend-ə bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.