“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
1 İyul 2025 09:25
6 020
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibəti ilə daxili işlər orqanları əməkdaşlarına təbrik ünvanlayıb.
ƏHD Partiyası mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Əziz polis əməkdaşları,
Sizi Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə təbrik edirəm.
İctimai təhlükəsizliyin təmin olunması, asayişin qorunması hər bir dövlət üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qəbul olunan ilk qərarlardan biri ölkənin daxili işlər orqanlarının formalaşdırılmasıdır.
Azərbaycan Daxili İşlər Nazirliyi yarandığı ilk gündən və yaşadığı 23 ay ərzində uğurlara imza adıb.
Öz sələflərinin yolunu ləyaqətlə davam etdirən daxili işlər orqanları, sabitliyin qorunması ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda da misilsiz xidmətlər göstərib.
Vətən Müharibəsində Daxili İşlər Nazirliyinin əməkdaşları arasında da şəhid və qazilərimiz, Prezident tərəfindən yüksək dövlət təltiflərinə, “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülən dəyərli oğullarımız var.
Bu gün dünya çox gərgin bir mərhələyə qədəm qoyub. Geosiyasi durum elə bir forma alıb ki, təhdid altında olmayan dövlət və xalq yoxdur. Belə bir dönəmdə asayiş keşikçilərinin üzərində çox ağır və tərixi vəzifə var.
Azərbaycan polisi bu gün təhlükəsizliyə təhdid yaradan amillərin, bir çox istiqamətdə kənar müdaxilələrin aradan qaldırılması ilə bağlı olduqca peşəkar fəaliyyət göstərir, fədakarlıq nümayiş etdirir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə sabitlik hökm sürür.
Bu gün Azərbaycan polisi işğaldan azad edilmiş ərazilərimizdə xidməti vəzifələrini layiqincə yerinə yetirir.
Dəyərli asayiş keşikçiləri,
Sizi bir daha təbrik edir, uğurlar diləyir, hər birinizə möhkəm cansağlığı arzulayıram!”.
11 Yanvar 16:29
3 227
10 Yanvar 21:27
1 981
10 Yanvar 17:11
1 813