“Diqqət pozuntusu yalnız zehni deyil”
6 Yanvar 20:46
6 Yanvar 20:46
6 Yanvar 18:54
6 Yanvar 18:43
6 Yanvar 18:07
1 İyul 2025 10:55
1 918
Tehran Vaşinqtonla nüvə danışıqlarının bərpası üçün ilkin şərt kimi ABŞ-nin hərbi təhdidlərinin dayandırılmasını istəyir.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi CBS-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ hərbi təhdidləri dayandırmasa, İslam Respublikası ilə Ştatlar arasında nüvə danışıqları bərpa olunmayacaq: “Danışıqların bərpasının məqsədəuyğun olub-olmadığına qərar vermək üçün əvvəlcə əmin olmalıyıq ki, Vaşinqton onlardan hərbi təcavüz üçün istifadə etməyəcək”.
Nazri əlavə edib ki, diplomatiya qapıları heç vaxt bağlanmayacaq.
A.Əraqçi vurğulayıb ki, uranın zənginləşdirilməsi elmə əsaslanan qabaqcıl bir sahədir: “Bu sahə zədələnərsə və ya məhv edilərsə, biz tez bir zamanda zərəri aradan qaldıra və uğursuzluqların öhdəsindən gələrək bu sahədə yenidən irəliləyiş əldə edə bilərik. Zənginləşdirmə texnologiyası və biliklər bombardmanla məhv edilə bilməz”.
6 Yanvar 20:14
875
6 Yanvar 19:24
931
6 Yanvar 18:40
1 183