

21 Avqust 18:52
21 Avqust 13:09
21 Avqust 12:24
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial media hesabında etdiyi paylaşımda Məhəmməd Peyğəmbərin karikaturasını dərc edən jurnala sərt reaksiya verib.
H.Fidan paylaşımında qeyd edib:
"Peyğəmbərimizə yumor maskası arxasında gizlənərək həyata keçirilən əxlaqsız və təxribat xarakterli hücumu şiddətlə qınayıram. Əsrlər boyu yaşatdığımız inanclarımıza, müqəddəs və təməl dəyərlərimizə qarşı bu nifrət cinayətini törədənlər, toplumsal sülhü hədəfə alanlar mütləq ədalət önündə cavab verəcəklər. Biz İslama və müsəlmanlara yönəlik nifrət və düşmənçiliyi qızışdırmağa çalışan hər hansı zehniyyətə qarşı daxildə və xaricdə qətiyyətlə, güzəştə getmədən mübarizəmizi davam etdirəcəyik”.