Səlim Müslümovun məruzəsi BMT-də müsbət qiymətləndirilib Hadisə

Səlim Müslümovun məruzəsi BMT-də müsbət qiymətləndirilib

Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair məruzə ətrafında müzakirələr aparılıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məruzə ətrafında müzakirələr zamanı BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri Maria Sisternas "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair təqdim olunan məruzənin əhatəli olduğunu, qeyd olunan tədbirlərin Konvensiya üzrə nəzərdə tutulan müddəaları əks etdirdiyini vurğulayıb.
Azərbaycan üzrə məruzəçi Martin Mvesiqvan ölkəmizin bu ilk məruzəsinin dolğun məzmuna malik olduğunu və məruzə ətrafında maraqlı müzakirələrin aparıldığını, ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirib.