Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
9 Fevral 2023 11:20
4 207
"Xalq Cəbhəsi" xəbər verir ki, dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarına dəstək təşəbbüsünü reallaşdırdılar.
İstisnasız olaraq akademiyanın hər bir əməkdaşının töhfəsi olan vəsait Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) elan olunmuş hesabına köçürülüb.
Dövlət Gömrük Komitəsinin Akademiyasına rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov göstərdikləri təşəbbüsə və yardıma görə Akademiyanın hər bir əməkdaşına təşəkkürünü bildirib:
"Ağır dağıntılara və çoxsaylı insan itkilərinə səbəb olmuş təbii fəlakətin yaralarını tezliklə sarımaq və sağaltmaq prosesində daim qardaş Türkiyə xalqının yanındayıq".
Cavid