Polis bir gündə 82,3 kiloqram narkotik aşkarladı Hadisə

Polis bir gündə 82,3 kiloqram narkotik aşkarladı

Ötən gün ölkə ərazisində keçirilən əməliyyatlar zamanı 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.