

30 İyun 15:44
30 İyun 14:17
30 İyun 13:11
Astarada 30 yaşlı qadının meyiti tapılıb.
Bu barədəTrend-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.