Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb Hadisə

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Yanvar-fevral aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 30,6 milyon manatlıq məhsul istehsal olunub.

Trend Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2022-ci ilin müvafiq ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 25,8 faiz artıb.

Hesabat dövründə əvvəlki ilin müvafiq ayı ilə müqayisədə ölçmə cihazlarının istehsalı 4,6 dəfə, elektrik tənzimləyici cihazların istehsalı isə 62,7 faiz çoxalıb.