
Sumqayıt şəhərində parkda itlərin kütləvi zəhərlənməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, videogörüntülər əsasında araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.