Səhiyyə Nazirliyi: Əhalinin əksər hissəsində COVID-19-a qarşı immunitet formalaşıb Hadisə

Səhiyyə Nazirliyi: Əhalinin əksər hissəsində COVID-19-a qarşı immunitet formalaşıb

Bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi”.

Bunu APA-nın sorğusuna cavabda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib.

“Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə və əsasən kütləvi vaksinasiya hesabına əldə edilib", - o əlavə edib.