“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi Hadisə

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.