Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb Hadisə

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti 20 aprel 2023-cü il saat 23:59-dək uzadılıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatqeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.